Unutmadım - Noton

Unutmadım

Noton

00:00

02:33

Song Introduction

Hal-hazırda bu mahnı haqqında məlumat yoxdur.

Similar recommendations

Lyric

Sən bir ağ kağız, mən də bir qələm

Sən kimi çox qəlb qırmışam, mən də bilmədən

Olmadı mənlə bir gələn... Gözlədim, gələr

Qalıbdır gözlərində qəm, hisslərim ölmədən, tez gəl

Sən bir ağ kağız, mən də bir qələm

Sən kimi çox qəlb qırmışam, mən də bilmədən

Olmadı mənlə bir gələn... Gözlədim, gələr

Qalıbdır gözlərində qəm, hisslərim ölmədən, tez gəl

Göz yaşın göydən buludlar atdı

Biri düşməndir ona bu gün "mən" adlı

Əl dəyməyin, o bu gün qonaqdır

Sevmək olmaz axı, sevgi günahdır

Tanrım qırıb qanadını

Düşünür nədənsə unutmaq haqdır

Mənim ona dediyim ən böyük yalan

"Unudaram" deyib də, unutmamaqdır

Xatirələrini unuda bilərəm

Unuda bilmədiyin göz-qaşı olur

5 aydır bir-birimizdən ayrıyıq

Sevgimizin isə 1 yaşı olur

Ürək döyüntüləri başqa vaxt susur

Pusquda durubdur, başqaları pusur

Boş qalıbdı qəlb, xoş halınla gəl

Hər qadında səni tapmaq arzusu

Olmur... Məhv eləmək

Nifrət içində doğulmadan

O qəlbi gərək sən tərk edib gedəsən

Vaxtından əvvəl, qovulmadan

Sevgi hisslərin yorulmadan

Bax, daş heykəllər də olub adam

Bağışlamaq olmur göz yaşlarını

Dəniz gözlərində boğulmadan

Əlimi buraxıb getməz deyirdim

O bunu mənə etməz deyirdim

Dünyam dağıldı viran oldu

Ayrılmayacağdıq, Mira, nə oldu?!

Aldığın saatı da Xəzərə atmışam

Sən gedəndən, çünki, zaman dondu

1 track-lik gəlmişdim yanına

Getməliyəm artıq, zaman doldu

Sən bir ağ kağız, mən də bir qələm

Sən kimi çox qəlb qırmışam, mən də bilmədən

Olmadı mənlə bir gələn... Gözlədim, gələr

Qalıbdır gözlərində qəm, hisslərim ölmədən, tez gəl

Sən bir ağ kağız, mən də bir qələm

Sən kimi çox qəlb qırmışam, mən də bilmədən

Olmadı mənlə bir gələn... Gözlədim, gələr

Qalıbdır gözlərində qəm, hisslərim ölmədən, tez gəl

- It's already the end -