Cheerz - BADCLAUSE

Cheerz

BADCLAUSE

00:00

02:49

Song Introduction

Şu anda bu şarkıyla ilgili bilgi bulunmamaktadır.

Similar recommendations

Lyric

Bu gün sevgi dəyərsiz, nifrət daha effektiv

Tanrı dualarımıza baxmır, dolubdur "direct"i

Nə yazdığım sözüm keçərli, nə də "rhyme" iti

İndi xoşbəxtlik gözündən ürək çıxan smaylikdir

Bu qədər rəqəmsaldır həyat, bu qədər texnikiləşib hər şey

Ya hisslər çox həssasdır, ya insanlar vəhşi

Kobud davranmışıq incə detallarla, daha tərs hər işim

Heç vaxt dəyişmərəm – sözünü deyən hamı dəyişir

Sən də çox dəyişmisən, düzlərində olub xeyli səhv

O qədər səmimi adam var, ilki mən, sonu eyni sən

Kimisə unutmağın ən acizanə yolun seçmisən

Görəsən həyat yolunu kimin əlindən tutub keçmisən?

Oralar yad gəlirmi, samanlıq ya seyrandırmı?

Məktubda "bağışla" yazırsanmı, ora leysandırmı?

Qafil eşqə nazil olan bu əzazil o insandırmı?

Səncə can yanırmı, yar, ya yanan elə tək misramdırmı?

Yalan dünya

Batsın məni dərdə salan dünya

Yan, öz odunda qalan, dünya

Zülmətə boyan, dünya

Yalan dünya

Batsın məni dərdə salan dünya

Yan, öz odunda qalan, dünya

Zülmətə boyan, dünya

İçimdə iki qeyri dünya, qeyri adam, iki dərya

Biri doğma, biri yad, biri mənə: oyan – deyir, biri – yat

Biri: sus – deyir bu nakam eşqə, o biri çəkir fəryad

Bir yanımda gölməçədir, bir yanımda yanğın hər yan

Bitmir heç ahım, min bir əzabın

Çarəsi içməksə, dayanmayaq, birin də açağın*

Nə marağım vardır günə, nə vardır aya marağım

İlişib ömür hörüklərinə bu intizar darağı

Girim eşq bağçasına gərək, orda ən gözəl gülü dərim

Bir dənə də məktub yazıb, ətirli zərfə büküm, göndərim

Səni təsvir eyləsin yazılan bütün sözlərim

Elə xoşbəxt olaq ki, ürəyi partlasın ötən günlərin

Axı, çox dərddən yazdım və girdi günaha rəsmlər

Guya ki, o qürurlu, amma alçaqlıq var ifadəsində

Yəqin ki, eşitməyəcəksiniz onun adını bir daha səsimdən

Çünki, xoşbəxtliyim indi başqasının himayəsindədir

Yalan dünya

Batsın məni dərdə salan dünya

Yan, öz odunda qalan, dünya

Zülmətə boyan, dünya

Yalan dünya

Batsın məni dərdə salan dünya

Yan, öz odunda qalan, dünya

Zülmətə boyan, dünya

- It's already the end -