Bənövşələr - RZZA

Bənövşələr

RZZA

00:00

03:01

Song Introduction

Hal-hazırda bu mahnı ilə bağlı məlumat yoxdur.

Similar recommendations

Lyric

Cavab yazıram "SMS"inə, bezirəm

Gecə çıxıb küçələrimizi gəzirəm

Yandırıb otu suda əzirəm

Sən məni yox, mən səni üzürəm

Biz hamısını bilə-bilə

Sevişəcəyimiz hər dəqiqədə belə

Çək, otağın rəsminə məni

İç, dodaqlarımızı təslim edərik

Bilirsən sən, yox axı ədəbim

Ol həyatıma qonağım əbədi

Qolbağım əlin və ortağım yəni

Sən mənlə öl və torpağı ərit

Bircə gülümsəmən məni devirər

Bir dəfə dedim "səni sevirəm"

İndisə qayıdıram əsl evimə

Saçın işıq saçar bənövşələrdə

Bizik sanki qaçan yad ölkələrdən bir-birimizə

Saçın işıq saçar bənövşələrdə

Bizik sanki qaçan yad ölkələrdən bir-birimizə

Bənövşələrdə, qaçan yad ölkələrdən bir-birimizə (ey-ey)

Bir-birimizə (Ey)

Daha çoxdur kimin hünəri

Tərsləyib bir-birimizi hər il

Ayrılıb-barışıb yada salırıq dünəni

Bəs biz nə zaman sevinərik?

"Babe", gəl, gözümün içinə bax

Başlayırıq neçədə və nə vaxt?

Sevgimizin artığını qaba tökək, ataq

Bəlkə, bu gün, bəlkə, sabah

Saçın işıq saçar bənövşələrdə

Bizik sanki qaçan yad ölkələrdən bir-birimizə

Saçın işıq saçar bənövşələrdə

Bizik sanki qaçan yad ölkələrdən

Bir-birimizə

- It's already the end -